“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, Naxçıvan təmsilçisi millimizin üzvü Rahil Məmmədovla müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məmmədovun müqavilə müddəti 1 illikdir.
"Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, LKS Lodz və “Radomiak” klublarında oynamış 29 yaşlı futbolçu millimizin də şərəfini qoruyur.