"Mançester Yunayted"dən ayrılan Kristian Eriksen karyerasını aşağı liqada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, Çempionşipə yüksələn "Vrekşam" danimarkalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "Dail Mail" nəşri məlumat yayıb.
"Qırmızı əjdahalar" artıq Eriksenə rəsmi təklif göndərib. Hazırda azad agent statusunda olan 33 yaşlı futbolçu hələ ki təklifə cavab verməyib.
Qeyd edək ki, Kristian Eriksen ötən mövsüm "Mançester Yunayted"in heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi