"Lion" çexiyalı futbolçunu heyətinə qatdı - RƏSMİ

00:45 - 5 Avqust 2025

“Lion” Pavel Şulçu transfer edib.

Sportal.az xəbər verir ki, Fransa klubu “Viktoriya”(Plzen)-in hücumameyilli yarımmüdafiəçisinin transferini rəsmən elan edib. Müqavilənin dəyəri 7,5 milyon avrodur, əlavə olaraq 2,5 milyon avro bonus kimi ödənilə bilər.

Əgər fransızlar gələcəkdə futbolçunu alış qiymətindən baha satsalar, əldə olunan mənfəətin 15%-i Çexiya klubuna çatacaq.

Şulç ötən mövsüm Çexiya çempionatında 35 oyuna 15 qol və 9 məhsuldar ötürmə ilə çıxış edərək liqanın ikinci bombardiri olub.


Xəbər xətti