"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri - Yunanıstan PAOK və Avstriyanın "Volfsberger" komandaları arasında ilk matç baş tutub.
Sportal.az xəbər verir ki, Avropa Liqası çərçivəsində Yunanıstanda keçirilən matçdan qol səsi çıxmayıb - 0:0. Cavab qarşılaşması avqustun 14-də Avstriyada keçiriləcək. Cütün məğlubu ilə "Araz-Naxçıvan" - "Omoniya" duelinin güclüsü qarşılaşacaq.
Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşündə Bakıda Kipr "Omoniya"sına 0:4 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi