"İmişli" qanalı futbolçu transfer etdi

12:47 - 6 Avqust 2025

"İmişli" növbəti transferini reallaşdırıb.

Sportal.az xəbər verir ki, söhbət Yav Mosesdən gedir.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, qanalı son olaraq Portuqaliya II Liqasında mübarizə aparan "Torreense"də oynayıb.

Xəbər xətti