Yay “transfer pəncərəsi” açılandan bu yana “Akademika Vizeu”nun forvardı Andre Klovisin “Qarabağ”a keçəcəyi gündəmdədir. Əslində, braziliyalı hücumçunun Ağdam klubuna keçidi an məsələsidir.
Qurban Qurbanovun da şəxsən sərəncamında görmək istədiyi Klovis üçün “Qarabağ” bir neçə dəfə təklif irəli sürüb. 27 yaşlı hücumçunun özünün də Azərbaycan çempionunun heyətində yer almaq istədiyi bildirilir.
Onun Portuqaliya klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “İnternasional”, “Portimonenşe”, “Leykşoeş”, “Eştoril” klublarında oynayıb.
Sportal.az isə Klovisin “Akademika Vizeu”da oynadığı matçlar zamanı göstərdiyi performans videosunu təqdim edir.
Mirbağırağa
saytlarin hazirlanmasi