Bu gün Misli Premyer Liqasında II tura start verilib.
Sportal.az xəbər verir ki, tur Şamaxıda başlayıb.
Açılış görüşündə "İmişli" və "Neftçi" komandaları üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Ölkə çempionu "Qarabağ" isə "Sumqayıt"la qarşılaşıb. Qonaqlar rəqibini 1:0 hesabı ilə məğlub edib.
Misli Premyer Liqası
II tur
22 avqust
17:00. “İmişli” – “Neftçi” 0:0
Baş hakim: Rauf Cabarov
Şamaxı şəhər stadionu
19:30. “Qarabağ” – “Sumqayıt” 0:1
Qol: Ronaldo Vaskez, 72
Baş hakim: Cavid Cəlilov
“Azersun Arena”
Qeyd edək ki, II turun digər matçları 23-25 avqust tarixlərində keçiriləcək.
saytlarin hazirlanmasi