“Sumqayıt”ın legioneri İsa Sullimanın geri dönüşü hələ ki baş tutmayacaq.
Sportal.az xəbər verir ki, ötən il əməliyyat edilən pakistanlı oyunçu bu ilin sonuna qədər meydanda olmayacaq.
Əgər 28 yaşlı müdafiəçinin bərpa prosesi sürətli şəkildə keçəcəyi halda, yanvardan kollektivə qoşulacaq.
Sulimanın “Sumqayıt”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Pakistan millisinin üzvü 2023-cü ilin yayında “kimyaçılar”la anlaşmışdı.
saytlarin hazirlanmasi