Mikel Merino karyerasında ilk het-trikini edib.
Sportal.az xəbər verir ki, İspaniya milli komandası Dünya Çempionatı-2026 seçmə mərhələsində səfərdə hazırda 2-ci hissəsi oynanılan matçdaTürkiyəni 6:0 hesabı ilə məğlub edir.
"Arsenal"ın da şərəfini qoruyan 29 yaşlı yarımmüdafiəçi 3 qol vurub – 22-ci dəqiqə, birinci hissənin 46-cı dəqiqəsi və 57-ci dəqiqə.
Merino ilk dəfə yetkin səviyyədə het-trik edib; əvvəllər yalnız “Osasuna” və “Arsenal”da dubllar vurmuşdu.
Qeyd edək ki, bu qollar onun İspaniya millisindəki 37-ci oyunda 6-cı, 7-ci və 8-ci qollarıdır. 2025-ci ildə isə o, 5 oyunda 6 qol vurub.
saytlarin hazirlanmasi