"Beşiktaş" Super Liqa klubunun kapitanını transfer edir

21:16 - 9 Sentyabr 2025

"Beşiktaş" müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Kayserispor"un kapitanı Gökhan Sazdağının heçidini həll edib. Bu barədə "A Spor" televiziyası məlumat yayıb.

"Qara qartallar" Türkiyə millisinin sabiq üzvü üçün Super Liqa klubuna 1,5 milyon avro təzminat ödəyəcək. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi bildirilir.

Qeyd edək ki, Gölkhan Sazdağı 2021-ci ilin yayından "Kayserispor"da çıxış edir. 31 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm "sarı-qırmızılar"ın heyətində Super Liqada 3 matçda meydana çıxıb.

Xəbər xətti