Millimizin üzvü üçün yeni baş məşqçi

21:21 - 10 Sentyabr 2025

Türkiyənin "Ankaragücü" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, II Liqa təmsilçisini Recep Karatepe çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycanın U-21 millisinin üzvü Həsən Nəzərli "Ankaragücü"də çıxış edir.

Xəbər xətti