"Ot örtüyünün dəyişdirilməsi nəzərdə tutulmur" - "Qarabağ"ın rəsmisi

00:31 - 11 Sentyabr 2025

"Tofiq Bəhramov adına Respublika Stadionun ot örtüyünün dəyişdirilməsi nəzərdə tutulmayıb".

Sportal.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.

O, meydançanın daha yaxşı vəziyyətə gətirilməsi üçün işlərin davam etdirildiyini söyləyib: "Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün UEFA Çempionlar Liqasının əsas mərhələsinin "Kopenhagen"lə oyununa qədər əla vəziyyətə gətirilməsini planlaşdırırıq".

"Qarabağ"la "Kopenhagen" oktyabrın 1-də üz-üzə gələcək.

Xatırladaq ki, sentyabrın 9-da DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Ukrayna (1:1) oyunundan sonra qonaqların baş məşqçisi Sergey Rebrov Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün qənaətbəxş durumda olmadığını bildirib.

Xəbər xətti