Portuqaliya millisinin üzvü "Beşiktaş"da - RƏSMİ

19:40 - 12 Sentyabr 2025

"Beşiktaş" hücum xəttini yeni ooyunçu ilə  gücləndirib.

Sportal.az xəbər verir ki, "qara qartaallar" "Nottingem Forest"dən Jota Silvanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliya millisinin üzvü 1 illik icarəyə götürülüb.

Qeyd edək ki, "Nottingem Forest" Jota Silvanı ötən ilin yayında "Vitoriya"dan transfer edib. 26 yaşlı vinger Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti