Tokio Olimpiadasının bürünc medalçısı, 2 qat dünya və 3 qat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının qalibi və Avropa Oyunlarının gümüş medalçısı Rafiq Hüseynov aktiv idmançı karyerasına yekun vurub.
Sportal.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasında (AGF) koordinator təyin edilib.
Qurum ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə ona təşəkkürünü bildirib.
Rafiq Hüseynov bundan sonra AGF-də yunan-Roma güləşi üzrə koordinator vəzifəsini yerinə yetirəcək.
saytlarin hazirlanmasi