İngiltərə Premyer Liqasında 4-cü turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, lider "Liverpul" səfərdə "Börnli"nin qonağı olub. Qarşılaşma Mersisayd təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 12-yə yüksəldən "Liverpul" liderliyini davam etdirir. 3 xalı olan "Börnli" isə 17-ci yerdədir.
"Börnli" - "Liverpul" 0:1
Qol: Məhəmməd Salah, 90+5 (pen)
Qırmızı vərəqə: Lesli Uqoçukvu