"Mançester Siti" transferdə "Liverpul"a rəqib oldu

17:56 - 16 Sentyabr 2025

"Liverpul"un yayda transfer edə bilmədiyi Mark Qehi Premyer Liqanın başqa klubuna keçə bilər.

Sportal.az xəbər verir ki, "Kristal Pelas"ın müdafiəçisinin xidmətində "Mançester Siti" maraqlıdır. Bu barədə "Mirror" nəşri məlumat yayıb.

"Şəhərlilər" klubu ilə gələn ilin yayında müqaviləsi başa çatan və azad agent statusunda olacaq 25 yaşlı mərkəz müdafiəçisini həyətə qatmağa çalışacaq.

Qeyd edək ki, "Kristal Pelas" Mark Qehini 2021-ci ilin yayında "Çelsi"dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti