"Qəbələ"nin legioneri "Qarabağ"a qarşı matç haqda: "Üç xal üçün mübarizə aparacağıq"

12:35 - 23 Sentyabr 2025

"Hər şey ümumilikdə yaxşı alındı. Biz birinci qolu vura bildik və üstünlükdən yararlandıq. Komandanın adına çox xoşbəxtəm. Çünki həftələrdir çox yaxşı işləyirik. Şadam ki, qazandıq”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Qəbələ”nin yarımmüdafiəçisi Xayme Syerra deyib.

İspan futbolçu “Qəbələ”nin 5 turdan sonra cəmi 4 xalının olmasını isə bu cür izah edib: “Biz geridə qalan turlarda daha çox xala layiq idik. Amma irəliləyəcəyik, artıracağıq və əminəm ki, turlar keçdikcə komanda daha yaxşı olacaq, uğurlu nəticələr əldə edəcəyik. Yaxşı oyunçular və yaxşı məşqçi heyəti olan kollektivimiz var. Premyer Liqada bütün rəqiblər çətinlik yaşadır, hər bir rəqib görüşlərə yaxşı hazırlaşır, yaxşı oyunçular var. Ancaq biz heç kimdən qorxmalı deyilik və biz öz oyunumuza güvənirik”.

Sonda isə “Qəbələ”nin yeni transferi Misli Premyer Liqasının 6-cı turunda qarşılaşacaqları “Qarabağ”la matçdan gözləntilərini bölüşüb: “Bu futboldur və biz yaxşı nəticə üçün oynayacağıq. “Qaraba”ın oyunçularının səviyyəsini bilirik. Amma bu görüşdə də üç xal üçün mübarizə aparacağıq. “Qarabağ”ın çox yaxşı komanda olduğundan xəbərdaram”.

Mirbağırağa
 

Xəbər xətti