İspaniya milli komandasının heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "Real"ın müdafiəçisi Din Hyöysen yığmanın düşərgəsini tərk edib. Bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
20 yaşlı mərkəz müdafiəçisi zədəlidir. Onun əvəzinə "Atletik"də çıxxış edən Aymerik Laport düşərgəyə dəvət edilib.
Qeyd edək ki, İspaniya milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Gürcüstanı, 14-də isə Bolqarıstanıı qəbul edəcək.
saytlarin hazirlanmasi