"Barselona" İspaniya La Liqasının 10-cu turunun "Real"la matçına ciddi itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, Robert Levandovski "El Klasiko"da komandaya kömək edə bilməyəcək.
Polşa millisinin heyətində zədələnən 37 yaşlı hücumçunun durumu ciddidir. O, bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Real" - "Barselona" qarşılaşması 26 oktyabr tarixində Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.
saytlarin hazirlanmasi