Futbol üzrə Azərbaycan II Liqasında V tura yekun vurulub.
Sportal.az xəbər verir ki, doğma meydanda "Şəmkir"i qəbul edən "Şəki Siti" 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 5 turdan sonra turnir cədvəlində "Şəki Siti" 9 xalla 5-ci, eyni xala malik "Şəmkir" isə 6-cı sırada yer alıb.
II Liqa, V tur
14 oktyabr
"Şəki Siti" - "Şəmkir" 1:0
Qol: C.İmamverdiyev, 72
Qırmızı vərəqə: E.Dəmirov, 82 ("Şəki Siti")