Rui Koşta daha 4 il "Benfika"da

22:05 - 9 Noyabr 2025

“Benfika”da prezident seçkiləri başa çatıb və nəticələrə əsasən Rui Koşta səslərin 65,89 faizini toplayaraq bu posta yenidən seçilib.

Sportal.az xəbər verir ki, 53 yaşlı mütəxəssis 2029-cu ilə qədər fəaliyyətini davam etdirəcək. O, 2021-ci ildən klubun rəhbəridir.

Bu gün Koştanın andiçmə mərasimi “Eştadiu da Luiş” stadionunda keçirilib.

Xəbər xətti