“İnter”, “Mançester Siti”, “Zenit” və İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançini “Al-Sadd” klubuna rəhbərlik edəcək.
Sportal.az xəbər verir ki, 60 yaşlı mütəxəssis artıq Qətər klubuna işləməyə razı olduğunu bildirib. Bu barədə insayder Fabritsio Romano məlumat verib.
Mançini ilə “Al-Sadd” arasında imzalanacaq müqavilədə məşqçinin 2026-cı ilin yayında klubdan ayrılma ehtimalını nəzərdə tutan maddə olacaq. Rəsmi təyinat son detallarla bağlı razılaşmadan sonra gözlənilir.
Qeyd edək ki, komanda 9 oyundan sonra Qətər çempionatının turnir cədvəlində 6-cı yeri tutur və lider “Al-Qarafa”dan 8 xal geridə qalır.
Mançininin sonuncu iş yeri Səudiyyə Ərəbistanı millisidir. O, bu komandaya 2023-cü ilin avqustundan 2024-cü ilin oktyabrına qədər rəhbərlik edib və 18 oyunda 7 qələbə qazanıb.
saytlarin hazirlanmasi
