MLS klubları Neymarın transferinə sərmayə qoymağı məqsədəuyğun saymırlar. 33 yaşlı hücumçunun “Santos”la müqaviləsi ilin sonuna qədər qüvvədədir. Daha əvvəl braziliyalının Lionel Messinin və “Barselona”dakı keçmiş komanda yoldaşlarının çıxış etdiyi “İnter Mayami”yə keçə biləcəyi bildirilmişdi.
Sportal.az xəbər verir ki, "ESPN Brasil"in məlumatına görə, Şimali Amerikanın aparıcı klublarının əksəriyyəti ulduz futbolçunun mümkün transferinə müsbət yanaşmır. Sorğu olunan skautlar və klub rəhbərləri Neymar üçün böyük maliyyə yatırımı etməyin mənasız olduğunu düşünürlər.
Məlumata görə, Neymarla maraqlanan “Çikaqo Fayr” klubunun daxilində braziliyalının transferinin baş tutmamasını “xeyir-dua”, futbolçunun özünü isə “baş ağrısı” kimi qiymətləndirirlər, çünki o, artıq meydanda gözləntiləri doğrultmur.
Neymar “Santos”a qayıtdıqdan sonra 23 oyunda çıxış edib, 6 qol vurub və 3 qol ötürməsi verib, lakin bu matçların yalnız 8-ni tam oynayıb.
saytlarin hazirlanmasi
