"İtaliyada çox sərt və rəqabətli bir liqa var"

15:41 - 12 Dekabr 2025

"Milan"ın yarımmüdafiəçisi Luka Modriç İtaliya çempionatındakı futbolun səviyyəsi barədə fikirlərini bölüşüb.

Sportal.az "La Gazzetta dello Sport"a istinadənxəbər verir ki, xorvatiyalı futbolçu A Seriyasının rəqabətli liqa olduğunu bildirib:

"İtaliyada çox sərt və rəqabətli bir liqa var. Amma bu mənə təəccüblü gəlmədi, çünki buna hazır idim. Uşaq vaxtlarımdan Seriya A matçlarını izləyirdim, uzun müddət bu çempionatı diqqətdə saxlamışam. Buna görə də burada nə ilə qarşılaşacağımı yaxşı bilirdim".

40 yaşlı yarımmüdafiəçinin "Milan"la müqaviləsi 2026-cı ilin iyun ayının sonunda başa çatır. Modriç bu mövsüm A Seriyasında 14 oyun keçirib, 1 qol vurub və 2 qol ötürməsi edib.

Xəbər xətti