Premyer Liqada noyabr ayının ən yaxşı oyunçusu bəlli oldu

17:19 - 12 Dekabr 2025

İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Brenford"un braziliyalı hücumçusu İqor Tiaqo ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

24 yaşlı forvard azarkeşlər və ekspertlərin səslərinə əsasən hamını qabaqlayıb.

Qeyd edək ki, İqor Tiaqo noyabr ayında İngiltərə çempionatında meydana çıxdığı 4 matçda 5 qol vurub.

Xəbər xətti