“Qarabağ”ın futbolçusu Toral Bayramov Premyer Liqada 25-ci qolunu vurub.
Sportal.az xəbər verir ki, o, buna 137-ci oyununda nail olub.
Bayramov Misli Premyer Liqasının XV turunda “Araz-Naxçıvan”ın (5:1) qapısına 2 qol vurmaqla “25”ə çatıb. Debütü 2019/20 mövsümündə gerçəkləşən futbolçu yalnız Ağdam klubunda çıxış edib.
Toral turnirin tarixində 25 qol vuran 130-cu oyunçudur. O, bu göstəriciyə cari mövsümdə çatan ikinci futbolçudur. Ülvi İsgəndərovun 25-ci qolu da cari mövsümə təsadüf edib.
saytlarin hazirlanmasi
