"Araz-Naxçıvan"ın hücumçusu Ramon Maçado Sportal.az saytına açıqlama verib.
Braziliyalı forvard "Qarabağ"la görüşdəki (5:1) məğlubiyyətdən danışıb.
Bununla yanaşı, Ağdam klubu ilə matçda fərqlənən təcrübəli futbolçu bunun ona motivasiya verdiyini bildirib:
"Uzun müddət idi ki, zədəli idim. Mənim üçün çətin dövr oldu. Amma indi daha yaxşıyam, özgüvənim geri qayıdır. "Qarabağ"la görüşdə də qol vurdum. Mənim üçün böyük motivasiyadır. "Qarabağ"la matçda təəssüf ki, uduzduq. Bu oyuna xal qazanmaq üçün çıxmışdıq. Lakin görüş başqa cür alındı. Ardıcıl qollar buraxdıq, sonda da uduzduq. Belə olmasını istəmirdik".
Onun fikrincə, "Araz-Naxçıvan" mövsümün sonunda yenidən avrokuboklara vəsiqə qazana biləcək:
"Fikrimcə, indi daha keyfiyyətli heyətimiz var, daha çox yaxşı futbolçuya sahibik. Təbii ki, Avropaya getmək istəyirik. Mövsüm uzundur, oyunlar çoxdur. Ümid edirik ki, keçən mövsüm olduğu kimi yenə yuxarı pillələrdə olacağıq. Avrokuboklara yollanacağıq".
Mirbağırağa
