"Milan" Aleksis Salemakerslə bağlı qərar verib.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "rossonyerlər" belçikalını komandada saxlayıb.
26 yaşlı futbolçunun müqavilə müddəti artırılıb.
Salemakers 2020-ci ilin yanvarında "Anderlext"dən 8 milyon avro qarşılığında "Milan"a keçmişdi. Onun müqavilə müddəti mövsümün sonuna qədər idi.
Belçika millisinin üzvünün yeni müqaviləsi 2031-ci il iyunun 30-na qədərdir.
O, "Milan"a keçdikdən sonra "Bolonya" və "Roma"da icarə əsasında da çıxış edib.
saytlarin hazirlanmasi
