Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
13.12.2025-ci il tarixində Misli Premyer Liqasında XV turun “Turan Tovuz” – “Sabah” oyununda “Sabah” komandasında 7 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
14.12.2025-ci il tarixində Misli Premyer Liqasında XV turun “Kəpəz” – “Qəbələ” oyununda “Kəpəz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
14.12.2025-ci il tarixində Misli Premyer Liqasında XV turun “Kəpəz” – “Qəbələ” oyununun 36-cı dəqiqəsində “Qəbələ” komandasının 12 nömrəli futbolçusu İbrahim Sanqare ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Qəbələ” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);
14.12.2025-ci il tarixində Misli Premyer Liqasında XV turun “Qarabağ” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
14.12.2025-ci il tarixində Misli Premyer Liqasında XV turun “Qarabağ” – “Araz-Naxçıvan” oyununun 2-ci hissəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);
15.12.2025-ci il tarixində Misli Premyer Liqasında XV turun “İmişli” – “Karvan-Yevlax” oyununda “Karvan-Yevlax” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
15.12.2025-ci il tarixində Misli Premyer Liqasında XV turun “Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
saytlarin hazirlanmasi
