Futbol üzrə Azərbaycan II Liqasında XIII tura yekun vurulub.
Sportal.az xəbər verir ki, bu gün 3 qarşılaşma baş tutub.
"Ağstafa Gəncləri" üzərində qələbə qazanan "Xankəndi" liderliyi ələ keçirib. Digər görüşlərdə isə "Şirvan" və "Dinamo" səfərdə qalib gəlib.
II Liqa, XIII tur
16 dekabr
"Ağdaş" - "Dinamo" 1:2
Qollar: V.Nəsirov, 56 - R.Mustafayev, 50, Y.Qarayev, 68
"Göygöl" - "Şirvan" 0:1
Qol: C.Əliyev, 51
"Xankəndi" - "Ağstafa Gəncləri" 6:1
Qollar: T.Qurbatov, 1, 42, E.Rəhimov, 17, E.Quliyev, 40, 58, B.Teymurov, 70 - E.Hüseynov, 21
