"Sabah"ın braziliyalı müdafiəçisi İqor Noqeyra Misli Premyer Liqasının 1-ci turundan təxirə salınmış oyununda "Qarabağ"a üzərində 2:1 hesablı qələb haqda danışıb.
Sportal.az xəbər verir ki, Braziliyanın “ge” nəşrinə danışan Noqeyra Ağdam klubu ilə görüşdəki qazanılan 3 xal barədə bunları deyib:
"Bu, heç vaxt unudulmayacaq qələbələrdən biri oldu. Bilirik ki, "Qarabağ"a qarşı oynamaq həmişə çətindir. Çünki onlar ölkənin ən titullu klubudur, böyük turnirlərdə oynamağa öyrəşiblər, ona görə də demək olar ki, mükəmməl bir oyun oynamalı olduğumuzu yaxşı anlayırdıq. İlk qolu buraxmağımıza baxmayaraq, konsentrasiyamızı qoruyub-saxlaya bildik və ikinci hissədə vəziyyəti dəyişmək əzmində meydana çıxdıq. Azarkeşlərimizin dəstəyi böyük rol oynadı, biz bunu hiss edirdik və bu, üç xal uğrunda mübarizə aparmağımıza kömək oldu.
Bu qələbə bizi çempionatın zirvəsinə qaldırdı və bu da klubun gözəl layihəsində daha bir addım oldu. Keçən mövsümdən bəri buradayam və klubun səylərini gördüm. Ötən mövsüm ölkə kubokunu qazandıq və bu, ilk addım idi. Adımı klubun tarixinə yazmaq çox xoşdur və bu, çoxlu zəhmətin nəticəsidir. Hazırda liqada liderliyimizi davam etdiririk, amma mövqeyimizi qorumaq və eyni ruhda davam etmək üçün ikiqat çox çalışmalı olduğumuzu başa düşürük. Hər matça final kimi yanaşırıq və bu cür də davam edəcəyik".
saytlarin hazirlanmasi
