“Liverpul” Aleksander İsağın ağır zədələnməsi fonunda hücumçu axtarışı üçün transfer bazarına çıxmağa məcbur qalıb.
Sportal.az xəbər verir ki, “qırmızılar”ın rəhbərliyi mövsümün sonuna qədər PSJ-nin hücumçusu Qonsalu Ramuşu icarəyə götürmək imkanını nəzərdən keçirir. Bu barədə "Caught Offside" məlumat yayıb.
Portuqaliyalı forvardın Paris klubu ilə mövcud müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir. "Transfermarkt" portalı onun transfer dəyərini 35 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Qonsalu Ramuş bu mövsüm PSJ-nin heyətində 23 oyunda meydana çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
