"Turan Tovuz"da ayrılıq - RƏSMİ

14:18 - 29 Dekabr 2025

"Turan Tovuz" futbolçusu Veysəl Rzayevlə yolları ayırıb.

Sportal.az xəbər verir ki, tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2022/2023 mövsümündən "Turan Tovuz"un şərəfini qoruyan yarımmüdafiəçi bu müddət ərzində Premyer Liqada 79 oyunda meydana çıxıb və 2 qolla yadda qalıb. 

Xəbər xətti