"Qarabağ"ın rəqibi almaniyalı hücumçu transfer edir

20:53 - 29 Dekabr 2025

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Ayntraxt" heyətinə yeni hücumçu cəlb edəcək.

Sportal.az xəbər verir ki, Frankfurt klubu "Elversberqa"də çıxış edən Yunes Ebnutalibin keçidini həll edib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Ayntraxt" almaniyalı forvard üçün II Bundesliqa təmsilçisinə 8 milyon avro təzminat ödəyəcək. 22 yaşlı forvardla 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.

Yunes Ebnutalib bu mövsüm "Ayntraxt"ın heyətində meydana çıxdığı 19 rəsmi matçda 12 qol vurub.

Qeyd edək ki, "Qarabağ"ın "Ayntraxt"la oyunu gələn il yanvarın 21-də Bakıda baş tutacaq.

Xəbər xətti