"Heç nə dəyişməyəcək, çempion yenə biz olacağıq!" - Okan Buruk

00:32 - 11 Yanvar 2026

Qeyd etdiyimiz kimi, bu gün Türkiyə Superkubokunun qalibi müəyyənləşib. Həlledici görüşdə "Fənərbaxça" "Qalatasaray"dan üstün olub.2:0

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qalatasaray"ın baş məşqçisi Okan Buruk bunları qeyd edib: 

“Öz keyfiyyətimizin aşağısında iş gördük. Sarı vərəqəsi olan Davinson Sançezi oyundan çıxardıq, Mario Leminanı müdafiəyə çəkdik. Sonra çox erkən qol buraxdıq. Oyunun sonuna qədər hesabı dəyişəcək qol tapa bilmədik. "Fənərbaxça"nı təbrik etmək istəyirəm, qalib gəlməyi haqq edən tərəf biz deyildik. Bura qədər gələn və bizi dəstəkləyən azarkeşlərimizdən üzr istəyirik. Bu stadionda hər şey çətindir, bura gəlmək də çətindir, oyunu izləmək də. Bu yarışda yenidən güclü şəkildə qayıdacağıq. Öyrənəcəyimiz önəmli bir gün oldu.

Gökmen Özdenakı rəhmətlə yad edək. Milli futbolçu, çox yaxşı bir insan idi. Həyatını itirmiş insana edilən söyüşlər… Önünə çıxacaq, bunu haqq edəcək bir azarkeş olmadığı üçün seremoniya çıxmadıq. Heç nə dəyişməyəcək, çempion yenə biz olacağıq! Azarkeşlərimizlə yenə çempionluğu qeyd edəcəyik.

Keçən il kubokda bütün oyunları Günay Güvençlə oynadıq. Yarımfinalda "Fənərbaxça", finalda "Trabzonspor" ilə oynadığımız oyunlarda da Günay var idi. Çox yaxşı performans göstərmişdi. Uğurcan, "Trabzonspor" oyununda artıq yaxşı oynamışdı. Ara-sıra Günayın da oynaması bizim üçün önəmlidir. Buna görə belə bir seçim etdik".

Xəbər xətti