"Araz-Naxçıvan"ın legioneri ayrılacaq? - qərarını verdi

15:22 - 11 Yanvar 2026

"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santosun komandadan ayrılmaq ehtimalı olduğu barədə xəbər vermişdik.

Beninli yarımmüdafiəçiyə bir çox klublardan təkliflər var. BƏƏ, İsrail və Yunanıstan klubları Santosu heyətinə qatmaq uğrunda mübarizə aparır.

Sportal.az saytına verilən məlumata görə, vinger ən azından qışa qədər "Araz-Naxçıvan”ı tərk etməməyə, karyerasını bu klubda davam etdirməyə qərar verib. 

O, həmin təklifləri mövsümün sonunda dəyərləndirəcək. Santosun "Araz-Naxçıvan"la müqavilə müddəti 2026-cı il iyunun 30-da başa çatacaq.

Xəbər xətti