İtaliya millisinin sabiq forvardı Mario Balotelli BƏƏ-də oynayacaq.
Sportal.az xəbər verir ki, o, karyerasını "Əl-İttifaq"da keçirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hazırda bu klub BƏƏ-nin aşağı liqasında çıxış edir.
35 yaşlı forvardı tibbi müayinədən keçdikdən sonra klubla rəsmi müqavilə imzalayacaq.
Son olaraq "Cenoa"nın formasını geyinmiş Balotelli "Mançester Siti”, “İnter”, "Milan" klublarında oynayıb.
saytlarin hazirlanmasi
