"Qarabağ"da qalmağı üstün tutan legionerin müqavilə müddəti artırılacaq

16:22 - 11 Yanvar 2026

"Qarabağ" qolkiperi Mateuş Koxalskinin müqavilə müddətini artıracaq.

Sportal.az saytına verilən məlumata görə, polşalı qapıçıya çox sayda təkliflər olsa da, o, komandada qalacağına dair qərar qəbul edib.

Bu barədə klubu da məlumatlandırıb.

Əldə etdiyimiz məlumata görə, Koxalski hətta müqavilə müddətinin artırılmasına da razılıq verib. Amma onun mövsümün sonunda "Qarabağ"dan ayrılacağı gözlənilir. Belə ki, Ağdam təmsilçisi yayda ona görə gələn təklifləri dəyərləndirəcəyi ehtimal edilir.

Mateuşun "Qarabağ"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Yeni müqaviləyə əsasən o, 2028-ci il iyunun 30-na qədər Azərbaycan çempionuna məxsus olacaq.

Xəbər xətti