İbrahimoviç "Milan"ı "Ayaks"a dəyişdi

16:46 - 11 Yanvar 2026

"Milan"ın gənclər komandasının hücumçusu Maksimilian İbrahimoviç karyerasını Niderlandda davam etdirəcək.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu "Ayax"a yollanıb.

Amsterdam təmsilçisi isveçlini transfer etmək hüququ ilə icarə əsasında keçib. "Ayaks" onu gələcəkdə başqa kluba satarsa, "Milan"a həmin məbləğin müəyyən hissəsini ödəməlidir. 

2025/2026 mövsümündə İbrahimoviç “Milan”ın 23 yaşadək futbolçulardan ibarət komandasında D seriyasında 16 görüşə çıxıb və 5 qol vurub, 4 asistlə yadda qalıb.

Qeyd edək ki, o, “Milan”, “Ayaks” və İsveç millisinin veteran forvardı Zlatan İbrahimoviçin oğludur.

Xəbər xətti