"Beşiktaş" yenidən diqqətini Gürcüstan millisinin üzvünə yönəldib.
Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, "qara qartallar" "Sent-Etyen"in vingeri Zuriko Davitaşvilini transfer etməyi planlaşdırır.
İstanbul təmsilçisi gürcünü hələ yayda heyətinə qatmaq istəsə də, fransızların yüksək təzminat istəməsi səbəbindən bundan imtina etmişdi.
Amma bu qış "Beşiktaş" Davitaşvilini icarəyə götürmək, mövsümün sonunda isə transfer hüququna sahib çıxmaq niyyətindədir.
Zurikonun “Sent-Etyen”lə müqavilə müddəti 20289-cu il iyunun 30-na qədərdir.
O, “Dinamo”(Tbilisi), “Lokomotiv”(Tbilisi), “Rubin”, “Rotor”, “Arsenal”(Tula), “Bordo” klublarında oynayıb.
saytlarin hazirlanmasi
