Azərbaycan – Şimali Makedoniya matçının hakimləri açıqlandı

13:58 - 2 Mart 2026

Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda martın 3-də, saat 15:00-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyununa hakim təyinatları açıqlanıb.

Sportal.az xəbər verir ki, qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək:

3 mart

Azərbaycan (Qadınlar) – Şimali Makedoniya (Qadınlar)
“Dalğa Arena”. Saat 15:00
Baş hakim: Anna Adamska
Baş hakimin köməkçiləri: Julia Bukaroviç, Angelika Novak
Dördüncü hakim: Mixalina Diakov
(Hakimlər briqadası Polşadandır)

Xəbər xətti