Əliyev Qırğızıstanda qol vurdu, komandası "Neftçi"ni məğlub etdi - FOTOLAR

12:02 - 3 Mart 2026

Qırğızıstan çempionatında yeni mövsümə start verilib.

Sportal.az xəbər verir ki, 1-ci turda Orxan Əliyev, İldar Ələkbərov və Ramin Əhmədovun formasını geyindiyi "Ozgon" "Neftçi" (Koçkor-Ata) ilə qarşılaşıb.

Azərbaycanlı futbolçuların komandası rəqibini 2:1 hesabı ilə məğlub edib. 

"Ozgon"un ilk qolunu isə Orxan Əliyev vurub.

Xəbər xətti