“Al Nəsr” hücumçusu Kriştiano Ronaldonun zədə aldığını açıqlayıb.
Sportal.az xəbər verir ki, 41 yaşlı Portuqaliya millisinin forvardı Səudiyyə Ərəbistanı çempionatının 24-cü turunda “Al Fayha” ilə oyunda (3:1) narahatlıq səbəbindən 81-ci dəqiqədə əvəzlənmişdi.
Bu gün klub Ronaldonun bud nahiyəsinin arxa səthində zədə aldığını bildirib. Futbolçu artıq bərpa prosesinə başlayıb və vəziyyəti gündəlik olaraq qiymətləndiriləcək.
Ronaldu bu mövsüm liqada 22 matçda 21 qol vurub.
saytlarin hazirlanmasi
