“Alaves”da baş məşqçi dəyişib.
Sportal.az xəbər verir ki, ispan klubu Eduardo Koudet ilə qarşılıqlı razılaşma əsasında müqaviləni ləğv etdiyini açıqlayıb. Argentinalı məşqçinin gözlənilən gələcək klubu “River Pleyt” olacaq.
“Alaves”i bundan sonra Kike Sançez Flores çalışdıracaq. 61 yaşlı mütəxəssis, “Valensiya”, “Atletiko" və “Xetafe” ilə tanınır. Onun müqaviləsi 2028-ci ilin iyununa qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Alaves" hazırda La Liqada 26 oyundan sonra 16-cı yeri tutur.
saytlarin hazirlanmasi
