"Onlar istədiklərini deyə bilərlər, mən isə sadəcə futbol oynamağa davam edəcəyəm"

00:22 - 16 Aprel 2026

"Santos"un hücumçusu Neymar azarkeşlə yaşanan mübahisəyə münasibət bildirib.

Sportal.az xəbər verir ki, Braziliya klubu Kubok Sudamerikanada Paraqvayın “Rekolleta” komandası ilə 1:1 hesablı heç-heçə edib. Neymar meydan sahiblərinin heyətində fərqlənib.

Nəticə yerli azarkeşlərin narazılığına səbəb olub və onlar oyundan sonra komandanı fitə basıblar. “Santos”un bir azarkeşi isə Neymarı tənqid edib.

Buna cavab olaraq 34 yaşlı futbolçu belə qışqırıb:
“Daha çox məşq etməlisən. Bir az kökəlibsən, lənətə gəlmiş. Daim şikayət edirsən, sus! Sus, oğlan. Hörmət göstər, hər şey qaydasında olacaq. Mən kaprizliyəm? Mən burada həyatımı verirəm, qardaşım! Sənə öz “şöhrət dəqiqəni” verəcəyəm!”

Daha sonra Neymar sosial şəbəkədə üzr istəyib:
“Razıyam ki, azarkeşlə mübahisə etməməliydim və sadəcə susa bilərdim. Buna görə inciyən hər kəsdən üzr istəyirəm.

Bir daha belə etməyəcəyimə söz verirəm. Onlar istədiklərini deyə bilərlər, mən isə sadəcə futbol oynamağa davam edəcəyəm.”

Xəbər xətti