"Beşiktaş" alban müdafiəçini heyətinə qatmağı planlaşdırır

12:18 - 17 Aprel 2026

Albaniya millisinin və “Əl-İttihad”ın müdafiəçisi Mario Mitay karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçuya “Beşiktaş”dan təklif gəlib.

"Qara qartallar" mövsümün sonunda albanın keçidini həll etməyə çalışacaq.

"Beşiktaş" ən pis halda Mitayı bir mövsümlük icarəyə götürmək istəyir.

Futbolçun “Əl-İttihad”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, AEK(Afina) klubunun yetirməsi və sabiq futbolçusudur. Bundan savayı isə “Lokomotiv”in (Moskva) formasını geyinib.
 

Xəbər xətti