"Beşiktaş" "Bayer"in müdafiəçisini transfer etmək istəyir

17:59 - 23 Aprel 2026

"Bayer"in müdafiəçisi Edmond Tapsoba karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaş" burkina-fasolu futbolçunu transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

İstanbul nəhəngi 27 yaşlı mərkəz müdafiəçisini yayda heyətinə qatmaq üçün Almaniya klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, "Bayer" Edmond Tapsobanı 2020-ci ilin yayında Portuqaliyanın "Vitoriya" klubundan 20 milyon avroya transfer edib. Təcrübəli müdafiəçi bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti