De Yonq "Barselona"nın tarixinə düşdü

19:09 - 23 Aprel 2026

"Barselona" İspaniya La Liqasının 33-cü turunda doğma meydanda "Selta"nı 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, qarşılaşma Frenki de Yonq üçün əlamətdar olub. 28 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisinin heyətində 293-cü oyununu keçirib.

De Yonq "Barselona"nın heyətində ən çox matça çıxan niderlandlı futbolçu olub. Təcrübəli oyunçu 292 görüşdə iştirak edən Filip Kokunu geridə qoyub.

Qeyd edək ki, Frenki de Yonq 2019-cu ildən "Barselona"da çıxış edir. Niderland millisinin üzvü La Liqa nəhənginin forması ilə 20 qol vurub, 31 məhsuldar ötürmə edib.


Xəbər xətti