"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik gələcəyi ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, Kerrik öz açıqlamasında bunları qeyd edib:
"Bunu dəfələrlə demişəm. Demək istəyirəm ki, burada olmağı xoşlayıram, oynadığım rolu xoşlayıram.
Biz yaxşı nəticələr əldə etmişik və yaxşı formadayıq. Qarşıda hələ görüləsi çox iş var. Biz hələ də inkişaf etməyə davam etmək istəyirik. Çatmaq istədiyimiz bir səviyyə var. Baxarıq.Mənim kimi bir vəzifədə olmaq həqiqətən böyük bir imtiyazdır, eyni zamanda üzərimizə düşən məsuliyyətlə uğur qazanmaq da.
Bu barədə məndə bir əminlik yoxdur. Düşünürəm ki, hər şey aydınlaşanda, bu da aydın olacaq. Hazırda mən burada komandaya və kluba nəticələr qazanmaqda kömək etmək üçün varam. Hazırda biz yaxşı vəziyyətdəyik. Biz hələ də işləməyə və daha yaxşı olmağa davam edə bilərik. Buna görə də bütün diqqətimi məhz buna yönəltmişəm."
saytlarin hazirlanmasi
