"Dinamo"nun müdafiəçisi Avropa klublarının hədəfində

23:21 - 24 Aprel 2026

Zaqreb "Dinamo"sunun müdafiəçisi Serji Dominqes Avropanın böyük klublarının transfer siyahısına düşüb.

Sportal.az xəbər verir ki, "Napoli", "Latsio", "Vilyarreal" və "Real Sosyedad" ispaniyalı futbolçunu heyətinə qatmaq istəyir. bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Xorvatiya klubu 21 yaşlı mərkəz müdafiəçisini 10 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

Qeyd edək ki, "Dinamo" Serji Dominqesi mövsümün əvvəlində "Barselona"dan 1,2 milyon avroya transfer edib. İspaniya U-21 millisinin üzvü paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti